Azərbaycanlı həkimin tədqiqatı nüfuzlu elmi jurnalda dərc edilib
25.02.2021 10:36

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin spektral kompüter tomoqrafiya ilə apardığı növbəti tədqiqat nüfuzlu elmi jurnalın redaksiya heyəti tərəfindən qəbul edilib.

 

Aztibb.az xəbər verir ki, azərbaycanlı alimin araşdırması "Quantitative Imaging in Medicine and Surgery"da (impakt faktor 3,226) dərc olunaraq elmi ictimaiyyətə təqdim ediləcək.

 

Tədqiqatda spektral kompüter tomoqrafiya ilə damar patologiyalarının, xüsusilə də beyin qidalandırıcı damarlarda olan patologiyaların dəqiq diaqnozunun qoyulması və onların hazırda dünyada ən müasir metodla çalışan bu kompüter tomoqrafiya ilə yüksək keyfiyyətdə vizualizə edilə bilməsi sübut edilir.

 

Qeyd edək ki, Nuran Abdullayev və Köln Universitetində çalışdığı komanda spektral kompüter tomoqrafiya ilə apardıqları elmi tədqiqatların səviyyəsinə görə dünyada birinci yerdədir. Onlar dünyanın bir nömrəli radioloji jurnallarında çap olunacaq elmi tədqiqatlarının kliniki əhəmiyyətinə görə bu günədək bir neçə milyon avroluq təqaüdlərə layiq görülüblər. Azərbaycanlı həkimin radiologiya sahəsində belə bir uğurunun olması isə ölkəmizin tibb tarixində bir ilkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub