COVID-19-un qarşısının alınması üçün vətəndaş elmi layihələrindən istifadə edilir - Tədqiqat
22.02.2021 17:28

COVID-19 şəraitində vətəndaş elmi layihələrinin inkişaf istiqamətlərinə pandemiya şəraitində vətəndaş elmi layihələrinin fəaliyyətinin davam etdirilməsi və pandemiyanın qarşısının alınması məqsədilə vətəndaş elmi layihələrindən istifadə aiddir.

 

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun “COVID-19 şəraitində vətəndaş elmi layihələrində istifadə olunan onlayn əməkdaşlıq vasitələri” mövzusuna həsr edilmiş onlayn elmi seminarında məlumat verildi.

 

Məruzəni şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək texnoloji yeniliklərlə müşayiət olunan hazırkı dövrdə vətəndaş elminin e-elmin yeni bir istiqaməti kimi inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə vətəndaş elmi müxtəlif sahələrdə tətbiq edilir.

 

Vətəndaş elmi layihələrinin müxtəlif xəstəliklərin qarşısının alınmasında da uğurla həyata keçirildiyini qeyd edən məruzəçi hazırda bütün dünyanı cənginə alan COVID-19 pandemiyasının vətəndaş elminə öz təsirini göstərdiyini vurğuladı.

 

“Vətəndaş elmi layihələri həmçinin COVID-19 səbəbindən öz ənənəvi elmi fəaliyyətlərini dayandırmalı olmuş alimlər üçün də geniş imkanlar açır. Müasir informasiya texnologiyalarının son nailiyyətlərini uğurla tətbiq edən vətəndaş alimlər öz elmi fəaliyyətlərini davam etdirmək üçün hər cür resurslara malikdirlər”, - deyə məruzəçi bildirdi.

 

Onun araşdırmalarına görə, “Zooniverse” layhəsinin yaradıcılarından olan Chriss Lindott pandemiya şəraitində vətəndaş elmi layihələrində daha yüksək aktivlik müşahidə etdiyini qeyd edib. Eyni zamanda onlayn “Alzheymer” oyunu “Stall Catchers” layihəsinin iştirakçı sayında da artım müşahidə olunub.

 

N.Verdiyeva COVID-19 ilə bağlı bəzi onlayn vətəndaş elmi layihə təşəbbüslərini də diqqətə çatdırdı. Buraya “Covid Near You”, “Foldit”, “Kaggle”, “Zooniverse” və s. aid olduğunu söylədi.

 

Sonda məruzəçi qeyd etdi ki, ənənəvi elmi fəaliyyətdə durğunluq yaradan COVID-19 pandemiyası vətəndaş elminin inkişafına xələl gətirə bilməməklə yanaşı, elmi fəaliyyətdə onlayn iştirakın aktuallığını da artırıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır