"Abdominal cərrahi patologiyalara yanaşma qaydaları” adlı kitab nəşr olunub
11.02.2021 12:10
Artıq bir neçə ildir ki, Azərbaycan Tibb Universitetində (ATU) Bariatrik metabolik cərrahiyyə fənni tədris proqramına daxil edilib. Bu baxımdan, "Abdominal cərrahi patologiyalara yanaşma qaydaları” adlı milli cərrahi protokolun rəsmi qeydiyyatdan keçməsi böyük nailiyyətdir. Klinistlər üçün nəzərdə tutulan bu metodik tövsiyədə qarın boşluğu orqanlarının (qida borusu, mədə, bağırsaq, qaraciyər, öd yolları, mədəaltı vəz, dalaq) metabolik-bariatrik cərrahiyyə və cərrahi reanimasiyası barədə məlumatlar verilib.
 
Kitabın müəlliflərindən biri Laparoskopik Bariatrik-Metabolik Cərrah, ümumi cərrah, Op. Dr. tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərovun sözlərinə görə, müasir səriştəyönlü tədris proqramına və protokollarına əsaslanaraq hazırlanan metodik tövsiyədə hər bir cərrahi xəstəlik barədə nəzəri biliklərlə yanaşı, diaqnostik yanaşmaya, diaqnostik meyarlara və müalicə yanaşmasına yer verilib.
 
T.Ömərov 570 səhifədən ibarət kitabın hər kəs üçün əlçatan və effektiv bir vəsait olacağını düşünür.
 
Kitabın ərsəyə gəlməsində onun həmmüəllifləri - AMEA-nın müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov, kafedranın dosenti Babək Zeynalov, kafedranın dissertantı Xatirə Şirinova ilə yanaşı, universitetin I cərrahi xəstəliklər kafedrasının bütün əməkdaşlarının əməyi keçib. Bundan əlavə, respublikanın müxtəlif klinikalarında çalışan peşəkar cərrahlar da bu kitabla bağlı rəylərini veriblər.
 
Klassik metodik tövsiyələrdən fərqli olaraq, "Abdominal cərrahi patologiyalara yanaşma qaydaları”nda məlumatlar mətn, sözlü özət və qrafik özət (müayinə və müalicə sxemi) formasında verilib. Metodik tövsiyədə 200-ə yaxın cərrahi xəstəlik barəsində mətn, özət və 150-ə yaxın orijinal sxem yer alıb.
 
Bu kitab ATU-nun 90 illik və I cərrahi xəstəlikləri kafedrasının yaranmasının 100 illik yubleyinə həsr olunub.
 
Müəllimlərlə yanaşı, digər ixtisaslar üzrə həkimlərin də istifadə edə biləcəyi metodik tövsiyəni klassik çap variantı ilə yanaşı, PDF formatda da əldə etmək mümkündür. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub