COVID-19 infeksiyası vaxtı pasientlərdə şəkər səviyyələri niyə yüksəlir? - Endokrinoloqdan AÇIQLAMA 
11.02.2021 16:32

"Araşdırmalar göstərib ki, Covid-19-a tutulmuş diabet xəstələri digər xəstələrə nisbətən 6 dəfə çox xəstəxana şəraitində müalicəyə ehtiyac duyur". 

 

Aztibb.az xəbər verir ki, bunu endokrinoloq Lamiyə Nəbibəyli koronavirusa yoluxan şəkər xəstələrinin vəziyyətindən danışarkən deyib.

 

O bildirib ki, şəkər xəstələrinin koronavirusa yoluxması zamanı  COVID-19 xəstəliyinin ağır gedişatına görə ürək-damar xəstəlikləri birinci yerdə, diabet xəstəliyi isə ikinci yerdədir.


"Şəkərli diabet zamanı orqanizmdə ya insulin kifayət etmir və yaxud bu insulin "yaxşı işləmir". İnsulin mədəaltı vəzinin beta hüceyrələrində əmələ gəlir.Bu hüceyrələr bütün vəzinin cəmi 1-2 %-ni təşkil edir.

 

İnsulinin qana atılması 2 formada baş verir:


1) bolyus - yəni hər qida qəbulunda (xüsusilə karbohidratlarlarin qəbulu zamanı);


2) bazal - gün ərzində, yəni qidadan asılı olmadan;

 

Lakin müxtəlif səbəblərdən (iltihab, yenitörəmələr, stress, müxtəlif dərmanların qəbulu və s.) orqanizmin insulinə olan təlabati artır. Saglam orqanizm bu ehtiyaci ödəyir və insulin ifrazını artira bilir. Lakin Diabet və Prediabet ( yəni şəkər meylli) xəstələrində bu ehtiyaci orqanizm qarşılaya bilmir və nəticədə şəkər səviyyələri yüksəlir".

 

Endokrinoloq qeyd edib ki, COVID-19 orqanizmdə hiperinfeksiya yarada bilən virusdur:

 

"Steroid preparatlar, antivirallar, xüsusilə Deksametazon kimi dərmanlar istifadə edilən Diabet və Prediabet xəstələrində çox yüksək şəkər səviyyələri seyr edilə bilir.

 

Hətta nəzarət olunmazsa pasient hiperqlikemik( yəni şəkər) komaya girə bilər.

 

Onu da qeyd etmək istərdim ki, bəzi pasientlərdə xəstəliyin ilk günlərində əksinə şəkər səviyyələrinin kəskin düşməsi (hipoqlikemiya) halları da müşahidə olunur.

 

O cümlədən, bu virus trombəmələ gəlmə prosesini artıra bilir. Və əgər bu proses mədəaltı vəzidə də baş veribsə, bu orqanın fəaliyyətində problem yaranır. Və hətta Diabeti olmayan adamlarda şəkər səviyyələri yüksəlir".

 

"COVID-19 infeksiyasının müalicəsi dövründə daha güclü antidiabetik preparatlar və yaxud insuliterapiya təyin olunur. Lakin COVID-dən sonrakı dövrdə şəkər səviyyələrinə nəzarət etməklə insulin dozalarının azaldılması, yenidən antidiabetik preparatlara keçilir. Hətta dərman qəbulunu ləğv etmək belə olar. Bu dövr 2-3 aydan 6 aya qədər çəkə bilər.


Bu dövr asılıdır:


1) sağlam qidalanma və həyat tərzi;


2) mədəaltı vəzi və ümumiyyətlə orqanizm özünü nə dərəcədə bərpa edə bilir .


Bu zaman biotənzimləyici terapiyanın (Drenaj- detoksikasiya (infuziya və ya damcı formada); ozon və oksiven terapiyası, bioloji aktiv nöqtələrə homosiniatriya və s.) köməyindən istifadə etmək olar", - deyə, həkim qeyd edib.

 

Lamiyə N. sonda Diabet xəstələrinə vaksinasiya olunmağı məsləhət olduğunu vurğulayıb:

 

"Bu pasientlər xroniki xəstə olduğundan, artıq immun sistem zəifləyib. Və bu pasientlər COVID-19 virusuna yoluxduqda çətin sağalan xəstə qrupu hesab olunur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama