ATU-nun Tədris Terapevtik Klinikasında təhsilin başlaması ilə əlaqədar toplantı keçirilib (FOTO)
10.02.2021 10:00
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında fevral ayının 15-dən tədrisə əyani olaraq başlanılması ilə əlaqədar toplantı keçirilib.
 
Klinikanın direktoru professor Surxay Musayev klinikanın iş fəaliyyətinə və əyani təhsilə başlaması ilə bağlı klinika əməkdaşlarını məlumatlandırıb. 
 
Professor S.Musayev qeyd edib ki, hər zaman ölkə vətəndaşlarının sağlamlıqlarının qayğısına qalan Tədris Terapevtik Klinikası dünyanı bürüyən COVID-19 pandemiyasının ölkəmizdə də yayılması ilə əlaqədar olaraq 2020-ci ilin mart ayının ikinci yarısından etibarən "Pandemiya klinikası" kimi koronaviruslu xəstələri qəbul etməyə başlayıb: "Bu mühüm missiyanı layiqincə yerinə yetirən klinikamızın kollektiv daha sonra 44 günlük müqəddəs Vətən müharibəsi dövründə də bütün səy və bacarığını səfərbər edərək, ön cəbhədə döyüş zamanı yaralanmış hərbçilərimizin müalicəsi və reabilitasiyası ilə məşğul olmağa başladı. Noyabr ayında COVID-19 xəstələrinin sayı sürətlə artmağa başlaması səbəbilə Nazirlər Kabinetinin Qərarı ilə klinikamız yenidən koronaviruslu xəstələrin müalicəsi işinə qoşuldu. Ancaq biz son günlərdə yoluxmanın azalmasıyla bağlı ölkəmizdə müsbət dinamika müşahidə edirik. Klinikamızda da artıq koronaviruslu xəstələrin olmadığını nəzərə alaraq, biz müvafiq rəhbər orqanların razılığı ilə tibbi-gigiyenik, epidemioloji qaydalara ciddi əməl etməklə fevral ayının 10-dan etibarən normal iş fəaliyyətinə, fevral ayının 15-dən isə dərslərin əyani keçirilməsinə başlayırıq".
 
Daha sonra Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri dosent Samir Cavadov çıxış edərək müşavirə iştirakçılarını qəbul edilmiş protokola uyğun qaydalarla bağlı məlumatlandırıb.
 
İş fəaliyyətinin və əyani təhsilin başlamasıyla əlaqədar olaraq klinikanın tam dezinfeksiya olunduğunu da diqqətə çatdıran prof. S.Musayev müzakirə olunan məsələlərlə bağlı tövsiyələrini verib.
 
Sonda həkimlərin və klinika əməkdaşlarının sualları cavablandırılıb və qarşılıqlı müzakirələrlə toplantıya yekun vurulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub