Avstraliyada peyvənd sertifikatlarının verilməsi sistemi fəaliyyətə başlayıb
08.02.2021 10:17

Avstraliya dövlət tibbi sığorta sistemi çərçivəsində peyvənd vurulması və sertifikatların verilməsinin qeydiyyatı sistemini işə salıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Avstraliya Dövlət sığorta xidməti naziri Stüart Robert məlumat verib.

 

Nazir bildirib ki, peyvəndin qəbulu barədə sertifikatı həm onlayn, həm də kağız şəklində almaq olar. S.Robert əlavə edib ki, Avstraliya hökuməti həmin sertifikatın beynəlxalq status alması üçün əcnəbi həmkarları ilə müvafiq iş aparır. Bu, avstraliyalılara xarici ölkələrə səfər zamanı yardım edəcək.

 

Qeyd edək ki, son məlumatlara görə, Avstraliyada koronavirusa yoluxanların ümumi sayı 28 min 848 nəfər təşkil edir. Pandemiyanın yaratdığı xəstəlik nəticəsində bu ölkədə 909 nəfər həyatını itirib.

 

Bildirilir ki, Avstraliya kütləvi peyvənd vurulmasına fevralın sonlarında başlanacaq. Əlaqədar qurumlar bu ölkədə ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin istehsalı olan peyvəndlərin tətbiqinə razılıq verib. Eyni zamanda, martın ortalarından Britaniya-İsveç birgə müəssisəsi olan “AstraZeneca” və ABŞ-ın “Novavax” şirkətlərinin peyvəndlərinin vurulmasına razılıq verildiyi də qeyd edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır