Fransız startapı süni ürək yaradıb
02.02.2021 15:01

Fransanın “Carmat” startapının yaratdığı yeni layihə ürək çatışmazlığı olan insanlara kömək edəcək.

 

Aztibb.az incrussia.ru-ya istinadən xəbər verir ki, Fransa istehsalı olan süni ürək həqiqi ürəyin funksiyalarını imitasiya edir və protezdən, batareyalardan və onu idarə edən pultdan ibarətdir. Protezin özündə qan axınını asanlaşdıran dörd bioloji klapan, iki mədəcik, iki mikronasos və yeridilmiş datçiklər vardır.

 

Şirkət bu cihazın uzunmüddətli dəstək verə və ürək nəqli əməliyyatından öncə istifadə edilə biləcəyini hesab edir. “Carmat”ın baş direktoru Stefan Pia Avropanın beş ölkəsində (Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya) ən azı 2 min xəstənin ürək transplantasiyası üçün gözləmə növbəsində olduğunu söyləyib. Şirkət ürək çatışmazlığı olduğu təqdirdə, sağ qalma ehtimalının bir il ərzində 50%-dən az olduğunu qeyd edir. Bütün dünyada 26 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir və ildə yalnız 5500 xəstəyə ürək transplantasiyası əməliyyatı keçirilir.

 

Yeni texnologiya ilk növbədə Almaniya və Fransa sakinləri üçün əlçatan olacaq. Cihaz “Aeson” ticarət markası altında satılacaq. Ürək çatışmazlığı xəstələrinin 55%-i bu ölkələrdə yaşayır.

 

Ürək çatışmazlığı sindromunun yayılması koronavirusun yeni növünün aşkar edilməsindən sonra daha da şiddətlənib. Məsələn, İtaliyada COVID-19 nəticəsində ölənlərin üçdə biri müxtəlif ürək xəstəliklərindən əziyyət çəkib.

 

2020-ci ilin martında “Carmat” süni ürək almış və iki il müddətində nəzarət altında olmuş xəstənin nəticələrini açıqlayıb və bu təcrübənin uğurlu olduğunu bildirib. Fransa 2021-ci ilin ikinci rübündə klinik sınaqların aparılması üçün startapa 15.7 milyon dollar vəsait ayırıb.

 

“Bloomberg” qeyd edir ki, “Carmat” səhmləri cihazın satışa çıxarılmasından sonra təxminən 66% artıb, kapitallaşması isə 496 milyon dollara çatıb.

 

Satışların 2021-ci ilin ikinci rübündə başlayacağı bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır