Məsafəni qorumağa kömək edən, 7 dil bilən - “ağıllı” maska
06.08.2020 18:02

Yaponiyada "Donut Robotics" texnologiya şirkəti sosial məsafəni qorumağa kömək edən “ağıllı” maska hazırlayıb.

 

Aztibb.az hromadske.ua saytına istinadən xəbər verir ki, maska üzərində dəliklər olduğuna görə koronavirusdan birbaşa qorunmanı təmin etmir. Bu maska adi qoruyucu maskanın üstündən taxılır.

 

Qeyd edilib ki, maska öncə robot üçün plastik və silikondan hazırlanıb. Lakin koronavirus epidemiyası başlayanda şirkət bunu maska üçün uyğunlaşdırıb.

 

Buna yapon dilindən yeddi - Çin, Koreya, Vyetnam, İndoneziya, İngilis, İspan və Fransız dillərinə tərcümə edə bilən mikrofon quraşdırılıb. Maska "Bluetooth" vasitəsilə smartfona qoşulur və xüsusi bir tətbiqlə birlikdə işləyir. Bu maska insanın dediklərini yazıya çevirir və oxuyur.

 

Şirkət 40-50 dollar civarında satılması nəzərdə tutulan maskanı ilk olaraq 10 minə qədər, 2021-ci ildə isə daha çox satışa buraxmağı planlaşdırır.

 

Qeyd edək ki, koronavirus yayılandan bəri dünyanın hər yerindən elm adamları daha çox virusdan qoruyan maskalar yaratmağa çalışır.

Belə ki, İsrail alimləri yemək zamanı istifadə edilə bilən uzaqdan idarə olunan anti-koronavirus maskası hazırlayıblar.  

 

 

 

Yaponiyanın İdman Agentliyi isə suda koronavirusa yoluxma ehtimalının olmadığını bildirsə də, istehsalçılar üzgüçülük müəllimləri üçün də qoruyucu maska təqdim ediblər.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır