"Mənim qəhrəmanım sənsən: COVID-19-a qarşı mübarizə aparan uşaqlar" kitabı təqdim edilib
26.01.2021 21:47

"Mənim qəhrəmanım sənsən: COVID-19-a qarşı mübarizə aparan uşaqlar" kitabı Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış bölgələrdən olan 400-ə yaxın ailəyə və digər həssas qruplardan olan 80 uşağa təqdim edilib.

 

Kitab Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, USAID və UNICEF-in dəstəyi ilə Azərbaycan dilində çap olunaraq Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bölgələrdə paylanılıb.

 

Aztibb.az xəbər verir ki, ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib ki, sözügedən kitab əsasən 6-11 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında məqsəd uşaqlara COVID-19-dan qorunmanın yollarını öyrətmək və sürətlə dəyişən reallıqda çətin emosiyaların necə idarə olunmasını izah etməkdir.

 

Kitabdakı hekayə uşaqlar tərəfindən çox bəyənilib. Bu, COVID-19-la bağlı tövsiyələrdən çox, onlara müəyyən qədər də olsa, gərgin mühitdən ayrılmaq imkanı yaradıb.

 

Qeyd edək ki, kitab Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər təşkilatlar yanında Daimi Nümayəndəliyinin və ÜST-ün birgə təşəbbüsü ilə qurumun Azərbaycan nümayəndəliyi tərəfindən tərcümə edilib.

 

Kitabın Azərbaycan dilində tam versiyası: https://bit.ly/2yTc4yx.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub