Dünyanın ən “ağıllı” maskası su keçirməyəcək
15.01.2021 12:50

"Razer" şirkəti "CES 2021" sərgisində "Project Hazel" adlı dünyanın ən "ağıllı" maskasını təqdim edib.

 

Aztibb.az www.ixbt.com-a istinadən xəbər verir ki, sukeçirməz və cızıqlara qarşı davamlı olan maska bakteriyaların yüksək filtrasiya effektivliyinə malik dəyişdirilən modullarla təchiz edilib.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, şəffaf dizayn sayəsində "Project Hazel" digər insanlara istifadəçinin mimikasını görməyə imkan verir ki, bu da sosial münasibətləri yaxşılaşdırır. Adətən maskalar istifadəçinin gülməsi və ya danışmasını gizlədir. Yeni maskanın dizaynı bu problemin həllinə yönəlib. "Project Hazel" qaranlıqda taxılan zaman işıqlandırıcı avtomatik işə düşür. Belə ki, maska müasir "Razer" məhsullarının əsasını təşkil edən "RGB" işıqlandırıcısı ilə təchiz edilib.

 

Bundan başqa, "ağıllı" maskada istifadəçinin səsini yaxşılaşdırmaq üçün quraşdırılmış mikrofon və gücləndiricidən istifadə edən "VoiceAmp" texnologiyası tətbiq olunub.

 

Həmçinin "Project Hazel" aktiv hava soyutma, ultrabənövşəyi işıq vasitəsilə maskanı dezinfeksiya edən simsiz sürətli enerjidoldurma üçün qurğu quraşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır