Yaponiyada qanda qlükoza səviyyəsini ölçən ilk “ağıllı” saat yaradılıb
13.01.2021 12:35

Yapon startapı “Quantum Operation” “CES-2021” onlayn sərgisində qanda qlükoza səviyyəsini qeyri-invaziv monitorinq etmə kimi unikal funksiyaya malik "ağıllı" saat modelini nümayiş etdirib.

 

4pda.ru saytı xəbər verir ki, "Quantum Operation"ın bəyanatına əsasən, təqdim edilmiş qurğu istifadəçinin qanında şəkərin səviyyəsini dərini deşmədən dəqiq ölçmək və ona nəzarət etmək imkanına malikdir. Bunun üçün "ağıllı" qadcetin sahibi qurğunun menyusunda müvafiq bəndi seçməlidir, 20 saniyə sonra isə o, nəticəni alınacaq. İstehsalçıların bildirdiyinə görə, qadcet qeyri-invaziv ölçülmə üçün Raman spektroskopiyası metodunu tətbiq edir.

 

Qeyd edək ki, daşınan qurğuların köməyi ilə qanda qlükozanın səviyyəsinin biləkdən ölçülməsi üçün işıq şüasından istifadə texnologiyası indiyədək digər şirkətlər tərəfindən də araşdırılıb. Məsələn, "Apple" daha əvvəl analoji konsepsiyanı patentləşdirib, lakin onu reallaşdırıla bilməyib.

 

"Quantum Operation"ın "ağıllı" saatları nəbzin tezliyi və EKQ daxil olmaqla sağlamlığın monitorinqi funksiyalarını və başqa göstəricilərini dəstəkləyir.

 

"Tibbi" smart-saatın ticari versiyasının meydana çıxma vaxtı barədə istehsalçılar hələ ki, dəqiq məlumat vermirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır