Smart testlərlə də infeksiyaya yoluxub-yoluxmamağı öyrənmək olar
04.01.2021 10:55

Yeni növ koronavirus (COVID-19) infeksiyası orqanizmdə müxtəlif əlamətlərlə özünü büruzə verdiyi kimi aşkarlanma üsulları da fərqlidir. PZR testləri ilə yanaşı açıq satışda olan hazır testlərlə də koronavirusa yoluxub-yoluxmamağı öyrənmək olar. Türkiyədə antigen və antikor olmaqla iki qablaşdırmada istehsal edilən smart testlər qan və yaxma vasitəsilə təhlillərin aparılmasına imkan verir.

 

Vətəndaşların testlərdən istifadə üsullarını da ətraflı öyrənməsi tövsiyə olunur. Hər kəs üçün əlçatan olan həmin vasitə ilə əldə edilən nəticələrin inandırıcılığı nə qədərdir? Mütəxəssislərin dediyinə görə, koronavirusla əlaqədar ən dəqiq nəticəni PZR testləri göstərir.

 

Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Fərəh Vahabova bu barədə AZƏRTAC-a deyib: “PZR analizinin informativliyi 90 faizdən yuxarıdır, daha dəqiq desək, 95-98 faizdir. Smart testlərin informativliyi isə 80 faizdir. Həmin testlərdən ev şəraitində istifadə etmək daha yaxşıdır. İnfeksiyaya yoluxan xəstə müalicə proseduru əsnasında və iki həftədən sonra bu testlə özünü müayinə edə bilər. Ev şəraitində digər ailə üzvlərinin infeksiyaya yoluxub-yoluxmamağını yoxlamaq olar. Həmin test vasitəsilə aeroportda özünü pis hiss edən və qızdırması olan sərnişin üzərində də müayinə aparmaq olar və müayinə nəticəsi müsbət çıxan xəstə təcrid olunmalı və ona PZR analizləri götürülməsi üçün göndəriş verilməlidir”.

 

Həmin testləri apararkən sanitar-gigiyenik və epidemioloji qaydalara əməl etmək lazımdır. Əsas məsələ ondan ibarətdir ki, virusa yoluxmayasan və başqalarını da yoluxdurmayasan.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır