10 qaziyə yüksək texnologiyalı protez təqdim olunub
30.12.2020 11:47

Vətən müharibəsi zamanı bədən hissəsi amputasiya olunan qazilərdən 10-u yüksək texnologiyalı protezlərlə təmin olunub.

 

Aztibb.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.

 

Onun sözlərinə görə, bu say hələlik azdır, ancaq yeni ilin ilk rübündə artacaq:

 

“Ayaqları amputasiya olunmuş, yaxud müəyyən fiziki orqanını itirmiş vətəndaşlarımızın protezlərlə təminatı istiqamətində işlər gedir. Bilirsiniz ki, 2016-ci ilin aprel döyüşlərindən sonra Birinci Vitse Prezident Mehriban Əliyevinın təşəbbüsü və tapşırığı ilə ölkəmizdə yüksək texnologiyalı protezlərin gətirilməsi və qazilərimizə təqdim edilməsinə başlandı. Aprel döyüşlərindən sonra bu protezlərə ehtiyacı olan hər bir qazi onlarla təmin olundular. Daha sonra Cənab Prezindetin sərəncamı oldu, ƏƏSMN tərkibində Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanaması istiqamətində işlərə başlanıldı.

 

Bu gün artıq bədən hissəsi amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində də işlərə başlanılıb. Artıq 10-dan çox qazimizə bu protezlər təqdim edilib, bir neçəsinə də yaxın günlərdə təqdim ediləcək. Protezlərin təminatı bir az vaxt aparan prosesdir, çünki yara sağalmalıdır, ondan sonra protezlə təminat həyata keçirilir, protezlə hərəkət üçün məşqlərə başlanılır. Ona görə də, bu proses uzun çəkdiyi üçün say bu qədər azdır. İanırırq ki, yeni ilin ilk rübündə ehtiyacı olan bütün qazilərimizə bu təminatlar həayata keçiriləcək".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır