Koronavirus risklərinə dair xəbərdarlıq üçün süni intellekt platforması yaradılacaq
24.12.2020 19:42

“Samsung Electronics” şirkəti Cənubi Koreyanın ən böyük mobil operatoru “SK Telecom” və ölkənin populyar “Kakao Talk” messencerinin sahibi ilə birlikdə istifadəçiləri koronavirusla bağlı risklər haqqında xəbərdar etmək üçün süni intellekt əsasında platforma hazırlayacaq.

 

Aztibb.az xarici saytlara istinadla xəbər verir ki, şirkətlərin bəyanatına görə, “Samsung”, “SK Telecom” və “Kakao” tərəfindən artıq tədqiqat və işləmələr üçün birgə qrup formalaşdırılıb. Platformanın 2021-ci ilin əvvəlində təqdim edilməsi nəzərdə tutulur.

 

Məlumata görə, hazırda Cənubi Koreyada əhalini təsdiqlənmiş koronavirus xəstəliyi faktları haqqında xəbərdar etmək üçün mətnli bildirişlərdən istifadə edən dövlət xəbərdarlıq xidməti fəaliyyət göstərir. Yeni platformaya böyükhəcmli məlumatları analiz edən və potensial riskləri hesablayan, eləcə də istifadəçilərə daha təhlükəsiz hərəkət marşrutları təklif edən süni intellekt modellərinin cəlb olunması planlaşdırılır. Həmçinin COVID-19-la əlaqədar sualları cavablandırmaq üçün səsli funksiya nəzərdə tutulub.

 

Birgə süni intellekt platformasının iş prinsipi haqqında danışan “SK Telecom” nümayəndəsinin sözlərinə görə, süni intellekt platforması piyada axınları haqqında böyükhəcmli məlumatları, fövqəladə hallar barədə məlumatları və sosial şəbəkələr üzrə informasiyanı topladıqdan sonra regionlara görə risk səviyyəsini hesablayacaq. Bundan başqa, smartfon istifadəçiləri qurğularda təqvimdə planlaşdırılan tədbirlər, sifariş edilmiş təyyarə reysləri və hotellər haqqında saxlanılan informasiyanı nəzərə alan risklər haqqında bildiriş xidmətini quraşdıra biləcəklər.

 

Şirkətlər platformanın əsas funksiyaları və texnologiyaları barədə məlumatları ictimaiyyətə açıqlayacaq, eləcə də tərtibatçılar və tədqiqat təşkilatları üçün ondan istifadəyə imkan yaradacaqlar. Gələcəkdə birgə layihəyə digər şirkətlərin də qoşulacağı gözlənilir ki, bu da onun əsasında beynəlxalq süni intellekt alyansı yaratmağa imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır