Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə!
29.07.2020 12:29

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi avqustun 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Aztibb.az-a bildirilib ki, imtahana buraxılış vərəqəsi və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

 

İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

 

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək. İmtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gəlməsinə icazə veriləcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır