ATU-da elmi tədqiqatların yeni imkanları: Süni intellekt və data-analitikası müzakirə olunacaq
14.10.2026 10:14

Azərbaycan Tibb Universitetində (ATU) süni intellekt və data-analitika texnologiyalarının tibbi elmi tədqiqatlara inteqrasiyasına həsr olunmuş seminar keçiriləcək. Universitet rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunan tədbirin əsas məqsədi elmi tədqiqatların müasir texnologiyalarla dəstəklənməsi, multidissiplinar əməkdaşlığın genişləndirilməsi və yeni elmi layihələrin formalaşdırılması üçün imkanların yaradılmasıdır. 

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Qeyd olunub ki, müasir dövrdə süni intellekt və data-analitika tibbi tədqiqatların inkişafında mühüm rol oynayır. Böyük həcmli tibbi məlumatların emalı və təhlili, yeni qanunauyğunluqların müəyyənləşdirilməsi, tədqiqat nəticələrinin daha səmərəli qiymətləndirilməsi və elmi ideyaların praktik həllərə çevrilməsi bu texnologiyaların yaratdığı əsas imkanlar sırasındadır. 

 

Seminarda ATU-nun Data-analitika və süni intellekt laboratoriyasının fəaliyyət istiqamətləri, həyata keçirilmiş layihələr və əldə olunan nəticələr təqdim ediləcək. Tibbi datanın müasir təqdimat və analitik yanaşmaları, perspektivli tədqiqat mövzularının seçilməsi, eləcə də tədqiqatçıların laboratoriya ilə əməkdaşlıq imkanları barədə məlumat veriləcək. 

 

Tədbirdə konkret nümunələr əsasında müxtəlif tibb və elm sahələrini bir araya gətirən multidissiplinar tədqiqat imkanları nümayiş etdiriləcək. Elmi ideyaların tədqiqat layihəsinə, elmi məqaləyə, patentə və tətbiqi həllə qədər inkişaf etdirilməsi prosesində data-analitika və süni intellekt texnologiyalarından istifadə yolları müzakirə olunacaq. 

 

Bununla yanaşı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələrinin hazırlanması və yeni elmi tərəfdaşlıqların qurulması perspektivlərinə nəzər salınacaq. 

 

Data-analitika və süni intellekt laboratoriyası tərəfindən təşkil olunan seminarda kafedra müdirlərinin, kafedraların elmi işlər üzrə məsul nümayəndələrinin və aidiyyəti struktur bölmələrin təmsilçilərinin iştirakı nəzərdə tutulur. 

 

Tədbir 16 oktyabr 2026-cı il saat 13:00-da ATU-nun Tədris-terapevtik Klinikasının 14-cü mərtəbəsində yerləşən akt zalında keçiriləcək.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir