Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək
13.10.2026 10:46

31 oktyabr – 6 noyabr tarixlərində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Ürək transplantasiyası həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək.

 

Aztibb.az-a Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətindən bildirilib ki, tədbirlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayevin rəhbərliyi ilə Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümünə həsr olunur.

 

Həftə ərzində ürək transplantasiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsinə, ictimaiyyətin diqqətinin orqan donorluğunun əhəmiyyətinə yönəldilməsinə xidmət edən sosial aksiyalar, maarifləndirici görüşlər və “TRANSPLANT 360° - Diaqnostikadan transplantasiyaya” adlı elmi-praktiki konfrans təşkil ediləcək.

 

Həftənin əsas tədbirlərindən biri olan elmi-praktiki konfrans oktyabrın 31-də “Fairmont Baku - Flame Towers” hotelində keçiriləcək.

 

Konfransın əsas məqsədi orqan transplantasiyasının diaqnostikadan başlayaraq transplantasiyaya hazırlıq, donor seçimi, cərrahi müdaxilə və əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələlərini elmi və praktiki aspektlərdən müzakirə etmək, bu sahədə əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran çağırışları müəyyənləşdirməkdir.

 

Tədbirdə ölkənin müxtəlif tibb müəssisələrini təmsil edən ürək-damar cərrahları, ümumi cərrahlar, kardioloqlar, anestezioloq-reanimatoloqlar, nefroloqlar, qastroenteroloqlar, infeksionistlər, patoloqoanatomlar və digər ixtisaslar üzrə mütəxəssislər iştirak edəcəklər. Konfransda, həmçinin Böyük Britaniyada, Türkiyədə və Belarusda transplantasiya sahəsində ixtisaslaşmış mütəxəssislərin iştirakı nəzərdə tutulur.

 

Konfransın Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunması nəzərdə tutulur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Suraxanı Tibb Mərkəzində “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 BBSM-da sığorta sahəsində işin təşkili və məsul şəxslərin vəzifələri ilə bağlı təlim keçirilib