ATU-da elmi tədqiqatların yeni imkanları:  süni intellekt və data-analitikası müzakirə olunacaq
10.10.2026 11:54

Azərbaycan Tibb Universitetində (ATU) süni intellekt və data-analitika texnologiyalarının tibbi elmi tədqiqatlara inteqrasiyasına həsr olunmuş seminar keçiriləcək. Universitet rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunan tədbirin əsas məqsədi elmi tədqiqatların müasir texnologiyalarla dəstəklənməsi, multidissiplinar əməkdaşlığın genişləndirilməsi və yeni elmi layihələrin formalaşdırılması üçün imkanların yaradılmasıdır. 

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, müasir dövrdə süni intellekt və data-analitika tibbi tədqiqatların inkişafında mühüm rol oynayır. Böyük həcmli tibbi məlumatların emalı və təhlili, yeni qanunauyğunluqların müəyyənləşdirilməsi, tədqiqat nəticələrinin daha səmərəli qiymətləndirilməsi və elmi ideyaların praktik həllərə çevrilməsi bu texnologiyaların yaratdığı əsas imkanlar sırasındadır. 

 

Seminarda ATU-nun Data-analitika və süni intellekt laboratoriyasının fəaliyyət istiqamətləri, həyata keçirilmiş layihələr və əldə olunan nəticələr təqdim ediləcək. Tibbi datanın müasir təqdimat və analitik yanaşmaları, perspektivli tədqiqat mövzularının seçilməsi, eləcə də tədqiqatçıların laboratoriya ilə əməkdaşlıq imkanları barədə məlumat veriləcək. 

 

Tədbirdə konkret nümunələr əsasında müxtəlif tibb və elm sahələrini bir araya gətirən multidissiplinar tədqiqat imkanları nümayiş etdiriləcək. Elmi ideyaların tədqiqat layihəsinə, elmi məqaləyə, patentə və tətbiqi həllə qədər inkişaf etdirilməsi prosesində data-analitika və süni intellekt texnologiyalarından istifadə yolları müzakirə olunacaq. 

 

Bununla yanaşı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələrinin hazırlanması və yeni elmi tərəfdaşlıqların qurulması perspektivlərinə nəzər salınacaq. 

 

Data-analitika və süni intellekt laboratoriyası tərəfindən təşkil olunan seminarda kafedra müdirlərinin, kafedraların elmi işlər üzrə məsul nümayəndələrinin və aidiyyəti struktur bölmələrin təmsilçilərinin iştirakı nəzərdə tutulur. 

 

Tədbir 16 oktyabr 2026-cı il saat 13:00-da ATU-nun Tədris-terapevtik Klinikasının 14-cü mərtəbəsində yerləşən akt zalında keçiriləcək.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Gəncədə