İctimai səhiyyə fakültəsinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
14.10.2026 14:07
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə 30 oktyabr 2026-cı il tarixində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.
 
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
 
Bildirilib ki, beynəlxalq tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Moldova və Rusiyadan olan alim və mütəxəssislərin iştirakı nəzərdə tutulur.
 
Konfransın əsas məqsədi ictimai səhiyyə sahəsində beynəlxalq təcrübə mübadiləsini genişləndirmək, elmi əməkdaşlığı gücləndirmək və səhiyyə sahəsində ortaq çağırışların həllinə töhfə verməkdir.
 
Tədbir, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci məqsədi (SDG 17) — Dayanıqlı inkişaf naminə tərəfdaşlıqlar çərçivəsində əməkdaşlığın inkişafına xidmət edəcək.
 
Tədbir ictimai səhiyyə sahəsində elmi nailiyyətlərin, qabaqcıl təcrübələrin və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma olacaq.
Məkan: Azərbaycan Tibb Universitetinin tədris binaları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir