Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının 100 illik yubileyi qeyd olunacaq  
15.10.2026 09:09

30 oktyabr 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin (ATU)İ ctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının yaradılmasının 100 illiyinə həsr olunmuş “İctimai sağlamlığa aparan 100 il” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
 
 
Bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən konfrans kafedranın bir əsrlik elmi və tədris fəaliyyətinə həsr olunub. Yubiley tədbiri ictimai sağlamlıq və səhiyyənin təşkili sahəsində əldə olunan təcrübənin dəyərləndirilməsi, müasir problemlərin müzakirəsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
 

Konfransın əsas istiqamətləri Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə, xüsusilə SDG 3 – Sağlamlıq və rifah, SDG 4 – Keyfiyyətli təhsil, SDG 9 – Sənaye, innovasiya və infrastruktur və SDG 17 – Məqsədlər naminə tərəfdaşlıq məqsədləri ilə uzlaşır. Bu çərçivədə sağlamlığın qorunması, keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın artırılması, tibb təhsilinin inkişafı, səhiyyədə innovativ texnologiyaların tətbiqi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi məsələləri xüsusi əhəmiyyət kəsb edir.

 

Konfrans çərçivəsində üç panel üzrə elmi məruzələr təqdim olunacaq. Müzakirələrdə səhiyyə sisteminin dayanıqlılığı, tibbi xidmətlərin keyfiyyəti, xəstəliklərin profilaktikası, səhiyyənin maliyyələşdirilməsi, rəqəmsal texnologiyalar və innovativ həllər kimi aktual məsələlərə toxunulacaq. Bu mövzular sağlamlıq və rifahın təşviqi, dayanıqlı səhiyyə sistemlərinin qurulması və səhiyyə xidmətlərinin səmərəliliyinin artırılması baxımından Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verir.

 

Beynəlxalq tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Moldova və Rusiyadan olan alim və mütəxəssislərin iştirakı nəzərdə tutulub. Beynəlxalq təcrübə mübadiləsi və elmi tərəfdaşlıqlar səhiyyə sahəsində ortaq çağırışların həllinə və SDG 17 çərçivəsində əməkdaşlığın inkişafına imkan yaradacaq.

 

Konfrans Azərbaycan Tibb Universitetinin tədris binalarında keçiriləcək. Proqrama əsasən, panel iclasları saat 12:00-da başlayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub