“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
04.12.2020 10:14

Azərbaycan Tibb Universiteti (ATU) və universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “COVID-19-la mübarizədə birlikdə güclüyük” adlı vebinar keçirilib.

 

Aztibb.az xəbər verir ki, vebinarda çıxış edən ATU-nun təlim və tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov hər kəsi Azərbaycan ordusunun qazandığı şanlı qələbə münasibətilə universitet rəhbərliyi adından təbrik edib. Sonra o, dünyada, eləcə də Azərbaycanda koronavirusun növbəti dalğasının yarandığını, yoluxma və ölüm saylarının gündən-günə kəskin surətdə artdığını qeyd edərək bu dövrdə tibb işçilərinin üzərinə ağır yük düşdüyünü, bu səbəbdən mövzu ilə bağlı müzakirələrin aparılmasına ehtiyac olduğunu bildirdi.

 

Daha sonra ATU-nun Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarx nümayiş etdirilib. Videomaterialda koronavirusdan qorunmaq üçün zəruri qaydalar əks olunub.

 

Vebinarda ATU-nun yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova koronavirusa yoluxan şəxslərdə rast gəlinən əlamətlər, xəstəliyin simptomsuz gedişi, nisbətən yaşlı və yanaşı xəstəliyi olan şəxslərdə baş verə biləcək ağırlaşmalar haqqında məlumat verib. Universitetin tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Nigar Ağayeva isə COVID-19 virusunun diaqnostikası, aparılan testlərin yoluxma haqqında informativlik dərəcəsi və s. bu kimi vacib məsələlər haqqında danışıb.

 

ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova koronavirusa yoluxan şəxslərdə rast gəlinən ağciyər əlamətləri, xəstəliyin gedişində hansı instrumental diaqnostika vasitələrindən istifadə edilməsi, “Buzlu şüşə” görüntüsü, protokola uyğun olmayan formada özünü evdə müalicə edən şəxslərdə rast gəlinən ağırlaşmalar zamanı ağciyərdə baş verən dəyişikliklər və s. haqqında çıxış edib. Sonda qonaqlar iştirakçıların suallarını cavablandırıblar.

 

Qeyd edək ki, vebinarda 150-yə yaxın tələbə iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub