Qaraciyər sirrozunun yaranma riskini artıran mümkün amil açıqlanıb
27.11.2026 12:43

Bağırsağın iltihabi xəstəlikləri, xüsusilə xoralı kolit qaraciyər sirrozunun yaranma riskinin artmasına səbəb ola bilər. 

 

Almaniyanın Saar Universitetinin Tibb Mərkəzinin tədqiqatçıları bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Sage Open Chronic Diseases” (SOCD) jurnalında dərc olunub.

 

Alimlər bağırsağın iltihabi xəstəlikləri olan təxminən 23,5 min pasiyentin və bu cür diaqnozu olmayan 117,5 min nəfərin tibbi məlumatlarını təhlil ediblər. İştirakçıların sağlamlıq göstəricilərini müqayisə edərkən mütəxəssislər onların yaşını, cinsini, piylənmə, şəkərli diabet və alkoqol asılılığının olub-olmadığını nəzərə alıblar.

 

İyirmi ilədək davam edən müşahidə dövründə bağırsağın iltihabi xəstəlikləri olan pasiyentlərin 1,68 faizində, nəzarət qrupunun iştirakçılarının isə 0,68 faizində qaraciyər sirrozu diaqnozu qoyulub. Statistik təhlil göstərib ki, bağırsağın iltihabi xəstəlikləri qaraciyər sirrozu riskini 51 faiz, xoralı kolit isə 59 faiz artırır. Bununla belə, Kron xəstəliyi ilə sirroz arasında əhəmiyyətli əlaqə aşkar edilməyib.

 

Sirroz riskinin artması qadınlarda və 50 yaşdan yuxarı şəxslərdə daha çox müşahidə olunub. Bu qruplarda bağırsağın iltihabi xəstəliklərinin olması sirroz riskini müvafiq olaraq 83 və 56 faiz artırıb. Kişilər və 50 yaşdan aşağı şəxslər arasında isə statistik baxımdan əhəmiyyətli əlaqə müəyyən edilməyib.

 

Tədqiqatçıların fikrincə, əldə olunan nəticələr bağırsağın iltihabi xəstəlikləri olan pasiyentlərdə qaraciyərin vəziyyətinə daha diqqətlə nəzarət edilməsinin vacibliyini göstərir. Pozuntuların vaxtında aşkarlanması müalicəyə daha erkən başlamağa və sirrozun yaranmasının qarşısını almağa imkan verə bilər.

AZƏRTAC

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şəfa görmək istəyən Naftalana gəlsin   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri