Geniş yayılmış virusun Altsheymer xəstəliyinin yaranma riskini artırdığı müəyyən edilib  
25.11.2026 15:36

Dünyada ən geniş yayılmış viruslardan birinə yoluxma Altsheymer xəstəliyinin və demensiyanın digər formalarının yaranma riskini təxminən 48 faiz artıra bilər. Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin tədqiqatçıları bu qənaətə gəliblər.

 

Aztibb.az https://www.newsweek.com-a istinadla xəbər verir ki, meta-analizin nəticələri “Open Forum Infectious Diseases” (OFID) jurnalında dərc olunub.

 

Alimlər virus infeksiyalarının neyrodegenerativ xəstəliklərlə mümkün əlaqəsinə həsr olunmuş 2178 elmi nəşri araşdırıblar. Mütəxəssislər əsas diqqəti 50 yaşdan aşağı insanların təxminən üçdə ikisinin daşıyıcısı olduğu birinci tip herpes simplex virusuna (HSV-1) yönəldiblər.

 

Təhlil göstərib ki, HSV-1 virusuna yoluxma Altsheymer xəstəliyinin və ya demensiyanın digər formalarının yaranma riskini 48 faiz artırır. İştirakçıların yaşı və ürək-damar xəstəliklərinin olub-olmaması da nəzərə alınmaqla, müxtəlif statistik təhlil metodlarından istifadə edildikdə belə, bu qanunauyğunluq dəyişməyib.

 

Alimlər hesab edirlər ki, bu mümkün əlaqə virusun beyinə nüfuz etmək və orqanizmdə uzun müddət qeyri-aktiv vəziyyətdə qalmaq qabiliyyəti ilə izah oluna bilər. Əvvəlki laborator təcrübələr HSV-1 virusunun sinir hüceyrələrində Altsheymer xəstəliyi üçün səciyyəvi olan bəzi prosesləri xatırladan dəyişikliklərə səbəb ola bildiyini göstərib. Bununla belə, infeksiyanın demensiyanın inkişafına mümkün təsirinin dəqiq mexanizmi hələ müəyyən edilməyib.

 

Müəlliflər əldə olunan nəticələrin herpes virusunun birbaşa demensiyaya səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Alimlər gələcəkdə virus əleyhinə preparatların və profilaktik vaksinlərin neyrodegenerativ xəstəliklərin yaranma ehtimalını azalda bilib-bilmədiyini araşdırmağı təklif edirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Şəfa görmək istəyən Naftalana gəlsin   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib