Çirkli hava Altsheymer xəstəliyi və demensiya riskini artıra bilər  
28.11.2026 15:54

Hava çirkliliyinin tərkibindəki xırda hissəciklər beyinin immun sisteminə mənfi təsir göstərərək Altsheymer xəstəliyi və digər demensiya formalarının yaranma riskini artıra bilər.

 

Aztibb.az www.news-medical.net-ə istiadla xəbər verir ki, bu barədə ABŞ-nin Case Western Reserve Universitetinin alimlərinin apardığı araşdırmada bildirilib. “Journal of Neuroinflammation” nəşrində dərc olunan tədqiqat çərçivəsində Böyük Britaniyada təxminən 500 min nəfərin sağlamlıq məlumatları təhlil edilib. Nəticələrə görə, hava çirkliliyinin yüksək olduğu ərazilərdə yaşayan insanların Altsheymer xəstəliyinə və digər demensiya formalarına tutulma riski daha təmiz ərazilərdə yaşayanlarla müqayisədə 25 faiz yüksəkdir.

 

Siçanlar üzərində aparılan təcrübələr də hava çirkliliyinin yaddaş pozuntularına, beyin iltihabına və qan-beyin baryerinin zədələnməsinə səbəb ola biləcəyini göstərib.

 

Alimlərin fikrincə, nəqliyyat vasitələri, sənaye müəssisələri və meşə yanğınlarından yaranan PM2.5 adlı xırda hissəciklər beyinin immun hüceyrələrinin fəaliyyətini dəyişdirərək sinir hüceyrələrinə zərər verə bilər.

Əldə olunan nəticələr hava çirkliliyinin beyin sağlamlığına təsirinin öyrənilməsi və demensiya riskinin azaldılması istiqamətində yeni imkanlar yarada bilər.

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb