Allergiyanın səbəbi burun və ağciyərləri örtən hüceyrələrdə enerji çatışmazlığı ilə əlaqəli ola bilər
28.11.2026 11:38

Alimlər allergiyanın yaranmasının immun sisteminin pozulması ilə deyil, orqanizmin dəri, bağırsaq, burun və ağciyərlərini örtən hüceyrələrdə enerji çatışmazlığı ilə əlaqəli ola biləcəyini irəli sürüblər.

 

Aztibb.az medicalxpress.com-a istinadla xəbər verir ki, Avstraliyanın Qriffit Universitetinin tədqiqatçıları apardıqları araşdırma nəticəsində allergiyanın yaranmasına dair yeni nəzəriyyə təqdim ediblər.

 

Tədqiqatın rəhbəri, professor Piter Smitin sözlərinə görə, hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyətinin pozulması orqanizmin qoruyucu baryerini zəiflədə və allergik reaksiyalara səbəb ola bilər.

 

Alimlər bu prosesə təsir göstərə biləcək amillər arasında emal olunmuş qidaları, ətraf mühitin çirklənməsini, mikroplastikləri, yuyucu vasitələri, qida liflərinin azlığını və erkən yaşlarda antibiotik istifadəsini qeyd ediblər.

 

“Allergy” jurnalında dərc olunan tədqiqatın nəticələri allergiyanın müalicəsində yeni yanaşmaların hazırlanmasına imkan yarada bilər. Tədqiqatçılar bildirirlər ki, mövcud müalicə üsulları əsasən iltihabı aradan qaldırmağa yönəlib, yeni nəzəriyyə isə xəstəliyin ilkin səbəblərinin araşdırılmasını nəzərdə tutur.

Alimlərin növbəti mərhələdə körpələrdə allergiya yaranmazdan əvvəl qoruyucu hüceyrələrin fəaliyyətini öyrənəcəkləri bildirilir.

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb