Rəngbərəng dəmrov: Səbəbləri, yaranma mexanizmi və əlamətləri  
28.11.2026 11:52
Rəngbərəng dəmrovun səbəbləri, yaranma mexanizmi və əlamətləri ilə bağlı suallarımızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-dermatoveneroloqu Dilarə Mövlayeva cavablandırıb.
 
Həkim bildirib ki, rəngbərəng dəmrov – dərinin səthi qatının göbələk mənşəli, yoluxucu olmayan xəstəliyidir.
 
Onun sözlərinə görə, səbəbkar amil dərimizdə normal mikrofloranın bir hissəsi kimi yaşayan Malassezia furfur (və ya Pityrosporum ovale) adlı maya göbələyinin həddindən artıq çoxalmasıdır. İsti və rütubətli hava, həddindən artıq tərləmə, yağlı dəri tipi, immun sisteminin zəifləməsi və hormonal dəyişikliklər göbələyin aktivləşməsinə səbəb olur.
 
Dilarə Mövlayeva qeyd edib ki, xəstəlik yoluxucu deyil. Göbələk əksər insanların dərisində mövcuddur, sadəcə əlverişli şəraitdə çoxalır. Dəridə açıq çəhrayı, tünd qəhvəyi, açıq qəhvəyi və ya bəzən ağ rəngli kiçik ləkələr yaranır. Xəstəliyin “rəngbərəng” adlandırılması da bununla əlaqədardır. Ən çox piy və tər vəzilərinin çox olduğu nahiyələrdə – sinə, kürək, boyun, çiyinlər və qolların yuxarı hissəsində müşahidə olunur. Ləkələrin üzəri incə, kəpəkli ola bilər. Günəş şüalarının təsiri ilə ətraf dəri qaraldıqda həmin ləkələr daha çox nəzərə çarpır.
 
Həkim bildirib ki, bu göbələk patogen (tamamilə yad və zərərli) infeksiya deyil, dərimizin təbii saprofit florasının bir hissəsidir. Orqanizmə və daxili orqanlara zərər vermir, ciddi sağlamlıq təhlükəsi yaratmır. Əsasən kosmetik narahatlıq yaradır. Dəridə bu cür dəyişikliklər müşahidə edildikdə düzgün diaqnozun qoyulması və müvafiq müalicənin təyin olunması üçün dermatoveneroloqa müraciət etmək tövsiyə olunur.
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb