Professor Azər Xudiyev tərəfindən 6 yaşlı uşaqda adenotonzillektomiya əməliyyatı icra olunub
24.11.2026 10:36
ATU-nun Tədris Cərrahiyyə Klinikasının otorinolarinqoloqu cərrah, professor Azər Xudiyev 6 yaşlı uşaqda damaq badamcıqlarının həddindən artıq böyüməsi və adenoid hipertrofiyası ilə əlaqədar adenotonzillektomiya əməliyyatı həyata keçirib.
Bu barədə Aztibb.az-a Tədris Cərrahiyyə Klinikasından xəbər verilib.
Bildirilib ki, uşağın əsas şikayətləri tez-tez angina keçirməsi, gecələr ağzıaçıq yatması, xoruldaması və tənəffüs çətinliyi olub. Müayinə zamanı həm damaq badamcıqlarının, həm də burun-udlaq nahiyəsində yerləşən üçüncü badamcığın (adenoidlərin) normadan artıq böyüdüyü müəyyən edilib. Bu vəziyyət uşaqlarda tənəffüs və yuxu problemləri ilə yanaşı, fiziki inkişafın ləngiməsinə, üz-çənə quruluşunda dəyişikliklərə, dişlərin çıxmasında gecikməyə və döş qəfəsinin deformasiyasına səbəb ola bilər.
Mövcud klinik vəziyyət nəzərə alınaraq uşağa ümumi anesteziya altında damaq badamcıqlarının və adenoid toxumasının cərrahi yolla xaric edilməsi əməliyyatı icra olunub. Əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olan uşaq palataya köçürülüb. Həkim nəzarətində olan pasiyentə 10-12 gün ərzində xüsusi qidalanma rejiminə riayət etmək tövsiyə edilib. Bərpa prosesi normal davam edərsə, təxminən 12-14 gün sonra dərslərinə, 25-30 gün sonra isə idman fəaliyyətinə qayıda biləcəyi gözlənilir.
Bu bölməyə aid digər xəbərlər
Famil Mustafa: Anesteziyanın növü xəstənin ümumi sağlamlıq vəziyyətinə uyğun seçilir
24.11.2026 | 16:48
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
24.11.2026 | 12:20
Professor Azər Xudiyev tərəfindən 6 yaşlı uşaqda adenotonzillektomiya əməliyyatı icra olunub
24.11.2026 | 10:36
Mərkəzi Neftçilər Xəstəxanasında icra olunan əməliyyatlar VIII İnvaziv Kardiologiya Konqresində canlı yayımlanıb
23.11.2026 | 15:10
Nadir rast gəlinən mürəkkəb klinik hal üzrə cərrahi müdaxilə - Tədris Cərrahiyyə Klinikasında
23.11.2026 | 13:17
Rəşad Talışinski tərəfindən badamcıq xəstəliklərinin cərrahi müalicəsi həyata keçirilir
23.11.2026 | 11:23
Mərkəzi Gömrük Hospitalı gələcəyin həkimlərinin hazırlanmasında mühüm rol oynayır
23.11.2026 | 11:23
Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb
23.11.2026 | 10:03
Tədris Cərrahiyyə Klinikası: Bel nahiyəsində fəqərəarası disk yırtığı diaqnozu ilə xəstəyə cərrahi müdaxilə həyata keçirilib
22.11.2026 | 15:43
Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkarlayıblar
22.11.2026 | 15:15
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb
21.11.2026 | 15:39
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
18.11.2026 | 14:09
ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə
23.11.2026 | 16:25
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
19.11.2026 | 11:49
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
17.11.2026 | 10:42
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
21.11.2026 | 14:25
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
17.11.2026 | 12:30
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
18.11.2026 | 11:48
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
18.11.2026 | 14:42
Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub
20.11.2026 | 12:56
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
18.11.2026 | 11:42
Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub
16.11.2026 | 16:48
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar
19.11.2026 | 11:13
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
19.11.2026 | 11:02
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
18.11.2026 | 08:24

