Famil Mustafa: Anesteziyanın növü xəstənin ümumi sağlamlıq vəziyyətinə uyğun seçilir
24.11.2026 16:48
Tədris Cərrahiyyə Klinikasının anestezioloqu Famil Mustafa Aztibb.az-a anesteziyanın növünün xəstənin ümumi sağlamlıq vəziyyətinə uyğun seçildiyini qeyd edib.
 
Bildirib ki, anesteziya, həmçinin anestezioloji müayinənin nəticələri və əməliyyatın xarakteri nəzərə alınmaqla müəyyən edilir. Əsasən ümumi anesteziyadan istifadə olunsa da, uyğun hallarda regional anesteziya da tətbiq edilir. Bu zaman xəstənin istəyindən və tibbi göstərişlərdən asılı olaraq sedasiya ilə yuxu vəziyyəti də təmin oluna bilər.
 
Famil Mustafa vurğulayıb ki, anestezioloq-reanimatoloqlar həm böyüklərə, həm də uşaqlara anestezioloji xidmət göstərir, əməliyyat zamanı xəstənin təhlükəsizliyini və həyati göstəricilərinin nəzarətdə saxlanılmasını təmin edirlər.
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
Dəri altında yaranan şişlik dermoid kista ola bilər