Mərkəzi Gömrük Hospitalı gələcəyin həkimlərinin hazırlanmasında mühüm rol oynayır
23.11.2026 11:23
Mərkəzi Gömrük Hospitalı müasir tibbi infrastrukturu, yüksək ixtisaslı mütəxəssis heyəti və geniş klinik imkanları ilə Azərbaycanda tibb təhsilinin inkişafına, gələcək həkimlərin nəzəri biliklərinin möhkəmləndirilməsinə və praktik bacarıqlarının formalaşdırılmasına dəyərli töhfə verir.
Aztibb.az-ın xəbərinə görə, ölkəmizin aparıcı müalicə müəssisələrindən biri olan hospital həm də müxtəlif tibbi ixtisaslar üzrə tələbələrin klinik hazırlığı üçün tədris bazası kimi fəaliyyət göstərir. Burada yaradılmış müasir şərait tələbələrə universitetdə qazandıqları nəzəri bilikləri real klinik mühitdə tətbiq etmək, qabaqcıl diaqnostika və müalicə üsullarını mənimsəmək, təcrübəli həkimlərin peşə səriştəsindən bəhrələnmək imkanı verir.
Növbəti tədris tsikli çərçivəsində hospitalda Azərbaycan Tibb Universitetinin VI kurs tələbələri üçün Daxili xəstəliklər proqramı üzrə nefrologiyadan praktik dərslər təşkil olunub. Məşğələlərə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev rəhbərlik edib.
Tədris zamanı tələbələr böyrək xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına dair biliklərini dərinləşdirib, kəskin böyrək zədələnməsi, böyrəklərin xroniki xəstəliyi, diabetik nefropatiya, arterial hipertenziya, su-elektrolit və turşu-qələvi müvazinətinin pozulmaları kimi aktual klinik mövzuları öyrəniblər. Xəstələrin vəziyyətinin qiymətləndirilməsi, laborator və instrumental müayinə nəticələrinin təhlili, differensial diaqnostika və müalicə taktikasının müəyyənləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Tələbələr həmçinin hospitalın müalicə-diaqnostika imkanları, o cümlədən nefroloji xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi yardım və dializ müalicəsinin təşkili ilə yaxından tanış olublar. Klinik təfəkkürün, müstəqil qərarvermə, xəstə ilə düzgün ünsiyyət və multidisiplinar komandada işləmə bacarıqlarının inkişafı, eləcə də tibbi etika normalarına riayət məşğələlərdə ön planda olub.
Dosent İsmayıl Əfəndiyev klinik tədrisin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, müasir tibb təhsili nəzəri biliklərin mənimsənilməsi ilə məhdudlaşmamalı, tələbələrin real klinik vəziyyətlərdə düzgün qərar qəbul etmək, xəstəyə fərdi yanaşmaq və sübuta əsaslanan tibbi yardım göstərmək bacarıqlarını inkişaf etdirməlidir.
Hospitalın əsas üstünlüklərindən biri müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislərin, müasir tibbi texnologiyaların və geniş klinik bazanın bir məkanda cəmləşməsidir. Bu, gələcək həkimlərin yalnız konkret bir ixtisas üzrə deyil, klinik təfəkkür və peşəkar dünyagörüşü baxımından hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır.
Tibbi xidmətlə tədrisin vəhdətinə əsaslanan bu yanaşma savadlı, peşəkar və yüksək məsuliyyət hissinə malik həkimlərin yetişdirilməsinə və Azərbaycan səhiyyəsinin kadr potensialının gücləndirilməsinə xidmət edir.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi gənc tibb mütəxəssislərinin hazırlanmasını, tibb təhsili ilə klinik praktika arasında əlaqələrin möhkəmləndirilməsini və müasir tədris metodlarının tətbiqini bundan sonra da fəaliyyətinin prioritet istiqamətləri kimi davam etdirəcək.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalı gələcəyin həkimlərinin hazırlanmasında mühüm rol oynayır
23.11.2026 | 11:23
Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb
23.11.2026 | 10:03
Tədris Cərrahiyyə Klinikası: Bel nahiyəsində fəqərəarası disk yırtığı diaqnozu ilə xəstəyə cərrahi müdaxilə həyata keçirilib
22.11.2026 | 15:43
Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkarlayıblar
22.11.2026 | 15:15
Anar Namazov: Böyrək nəqli planlı şəkildə həyata keçirilən ciddi əməliyyatdır
22.11.2026 | 13:36
Son döyüşünə yollanan, amma ailəsi üçün dağlardan şəfa toplamağı da unutmayan general - Polad Həşimovun unudulmaz əmanəti
22.11.2026 | 13:01
Qazaxıstanda xərçəngin rekonstruktiv cərrahiyyəsinin yeni texnologiyası tətbiq edilib
22.11.2026 | 12:12
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
21.11.2026 | 14:25
Aşağı ətrafların varikoz genişlənməsi diaqnozu olan xəstəyə cərrahi müdaxilə həyata keçirilib
21.11.2026 | 10:56
Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub
20.11.2026 | 12:56
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb
21.11.2026 | 15:39
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
18.11.2026 | 14:09
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
17.11.2026 | 10:42
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
17.11.2026 | 12:30
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
18.11.2026 | 11:48
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
19.11.2026 | 11:49
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
21.11.2026 | 14:25
Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub
16.11.2026 | 16:48
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
18.11.2026 | 08:24
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
18.11.2026 | 14:42
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar
19.11.2026 | 11:13
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
18.11.2026 | 11:42
Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub
20.11.2026 | 12:56
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
17.11.2026 | 14:56
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
17.11.2026 | 13:38

