Sea Breeze Recovery Village by Referans Medical Group fəaliyyətə başladı
14.11.2026 12:01

Sea Breeze ərazisində müalicə, reabilitasiya və istirahət imkanlarını birləşdirən Sea Breeze Recovery Village by Referans Medical Group-un açılışı baş tutub.

 

Aztibb.az-ın xəbərinə görə, layihənin əsas strateji məqsədi müalicədən sonrakı qayğının davamlılığını təmin etmək, uzunmüddətli reabilitasiya xidmətlərinə çıxışı genişləndirmək və xüsusilə yaşlı şəxslərin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Yerli və xarici pasiyentlər üçün nəzərdə tutulan kompleks Azərbaycanın tibbi turizm imkanlarının genişlənməsinə də töhfə verməyi hədəfləyir.

 

Müalicə mərkəzi və iki villadan ibarət kompleks xəstəlik və əməliyyatlardan sonra bərpaya, eləcə də xüsusi qayğıya ehtiyacı olan yaşlı və xroniki xəstəlikləri olan şəxslərə xidmət göstərir. Burada əsas müalicəsini tamamlamış, lakin reabilitasiyaya, gündəlik qayğıya və davamlı tibbi nəzarətə ehtiyac duyan pasiyentlərin bərpa prosesini ev şəraitində davam etdirməkdə qarşılaşdığı çətinliklər nəzərə alınıb.

 

Sea Breeze Recovery Village-də fizioterapevt və reabilitoloqlarla yanaşı, müxtəlif ixtisaslar üzrə həkimlər, psixoloq, check-up mütəxəssisi və gerontoloq — yaşlanma üzrə mütəxəssis fəaliyyət göstərir. Fərdi proqramlara pasiyentin sağlamlıq vəziyyətinə uyğun tibbi müayinələr, fizioterapiya, müalicəvi məşqlər və digər fiziki fəaliyyətlər daxil edilir. Dayaq-hərəkət sistemi xəstəlikləri, onurğa və oynaq problemləri, hərəkət məhdudiyyəti olan pasiyentlərin ehtiyaclarına xüsusi diqqət yetirilir.

 

Villalarda rahat yerləşmə, fərdi ehtiyaclara uyğun qidalanma, açıq havada gəzinti və istirahət imkanları yaradılıb. Tibbi dəstək və gündəlik fəaliyyətlərin eyni məkanda təşkili pasiyentlərin bərpa proqramını ardıcıl davam etdirməsinə, fiziki və psixoloji rifahına, gündəlik həyatda daha müstəqil olmasına dəstək verir.

 

2016-cı ildə laboratoriya xidmətləri ilə fəaliyyətə başlayan Referans Medical Group bu layihə ilə xidmət şəbəkəsində bərpa və reabilitasiya istiqamətini inkişaf etdirir.

 

Qeyd edək ki, Sea Breeze ərazisində yerləşən Referans Sea Breeze Hospital-da Nardaran və ətraf ərazilərin sakinlərinə, qonaqlara və turistlərə 24/7 rejimində geniş profilli tibbi xidmətlər təqdim edilir.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub   
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt ölüm riskini müəyyənləşdirməkdə həkimlərdən daha dəqiq nəticə göstərib - 27 minə yaxın pasiyentin iştirakı ilə araşdırma
Nyu-Yorkda 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü qeydə alınıb
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Nizami Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Psixoterapevt işləyən qadınlara hansı dəstəyin vacib olduğunu açıqlayıb