Yeni Klinika robotik ürək cərrahiyyəsinin tətbiqinə hazırlaşır
14.11.2026 12:34

Yeni Klinikada robotik cərrahiyyənin inkişafı və müasir tibbi texnologiyaların tətbiqi istiqamətində peşəkar kadr hazırlığı davam etdirilir.

 

Aztibb.az-ın xəbərinə görə, bu çərçivədə Yeni Klinikanın ürək-damar cərrahları - uzman Dr. Elgin Hacızadə və Dr. Cavid İbrahimov Türkiyə Səhiyyə İnstitutları Başqanlığının (TÜSEB) tabeliyində fəaliyyət göstərən İstanbul Eksperimental Tədqiqat və Təlim Mərkəzində keçirilən “Robotik Ürək Cərrahiyyəsi Kursu” proqramını uğurla tamamlayıblar.

 

Proqram müddətində həkimlərin robotik ürək cərrahiyyəsində istifadə olunan müasir texnologiyalar, minimal invaziv cərrahi üsullar və klinik tətbiqlər üzrə bilikləri, praktiki bacarıqları təkmilləşdirilib.

 

Təlimdə iştirakın əsas məqsədi Yeni Klinikada robotik ürək cərrahiyyəsinin inkişafına töhfə vermək, bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsini təmin etmək və pasiyentlərə pasiyentlərə daha kiçik cərrahi kəsiklərlə həyata keçirilən müasir müalicə imkanları təqdim etməkdir.

 

Qeyd edək ki, Yeni Klinikanın ümumi cərrahiyyə və urologiya komandaları da robotik cərrahiyyə üzrə ixtisaslaşmış təlimlərdə iştirak ediblər. Hazırda klinikada uğurla tətbiq olunan robotik cərrahiyyə texnologiyası əməliyyatların yüksək dəqiqliklə, minimal invaziv üsulla aparılmasına və pasiyentlərin daha qısa müddətdə bərpa olunmasına imkan yaradır.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub   
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt ölüm riskini müəyyənləşdirməkdə həkimlərdən daha dəqiq nəticə göstərib - 27 minə yaxın pasiyentin iştirakı ilə araşdırma
Nyu-Yorkda 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü qeydə alınıb
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Nizami Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Psixoterapevt işləyən qadınlara hansı dəstəyin vacib olduğunu açıqlayıb