Bakıda patronaj xidməti çərçivəsində 900-dən çox uşaq, hamilə və zahı qadın tibbi müayinədən keçirilib  
14.11.2026 13:26

TƏBİB ana və uşaq sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə patronaj xidmətinin tətbiqini davam etdirir.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Bakı şəhərində həyata keçirilən patronaj ziyarətləri çərçivəsində Nəsimi rayonunda 1 saylı Uşaq Poliklinikası üzrə 417 yenidoğulmuş, 12 hamilə və 11 zahı, Nizami rayonunda isə 19 saylı Uşaq poliklinikası üzrə 340 uşaq, 87 hamilə və 51 zahı tibbi müayinədən keçirilib. Ümumilikdə 757 uşaq, 99 hamilə və 62 zahı, yəni 918 nəfər müayinə ilə əhatə olunub.

 

Tətbiq olunan patronaj modeli yalnız sağlamlıq vəziyyətinin izlənilməsini deyil, həm də uşağın inkişafının dəstəklənməsini və valideynlərin maarifləndirilməsini nəzərdə tutur. Ziyarətlər zamanı patronaj tibb bacısı uşağın inkişafını qiymətləndirir, valideynlərə uşağa qayğı, düzgün qidalanma, xüsusilə ana südü ilə qidalanmanın üstünlükləri, uşaqla ünsiyyət və onun inkişafına dəstək məsələlərində məlumat və tövsiyələr verir.

 

Bununla yanaşı, hamilə qadının və ya körpənin yaşadığı mühit qiymətləndirilir, sağlamlığa və rifaha təsir edə biləcək risklər müəyyən olunur. Aşkarlanan risklərin aradan qaldırılması məqsədilə ailələrə tövsiyələr verilir, ehtiyac olduqda isə müvafiq tibbi və digər xidmətlərə yönləndirmə təmin edilir.

 

Qeyd edək ki, ailələrin yaşadığı ünvanlarda göstərilən patronaj xidmətinin əsas məqsədi sağlamlıq risklərinin erkən aşkarlanması, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi, ana və uşaqların sağlamlıq vəziyyətinin mütəmadi izlənilməsidir.

 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub   
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt ölüm riskini müəyyənləşdirməkdə həkimlərdən daha dəqiq nəticə göstərib - 27 minə yaxın pasiyentin iştirakı ilə araşdırma
Nyu-Yorkda 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü qeydə alınıb
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Nizami Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Psixoterapevt işləyən qadınlara hansı dəstəyin vacib olduğunu açıqlayıb