BSM-in rəhbərliyi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər
05.11.2026 10:07

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dosent Asiman Həsənov və mərkəzin rəhbərliyi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimiz Rauf İbadov və Vüqar Ağayevin məzarlarını ziyarət ediblər.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, ziyarət zamanı qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

 

Bakı Sağlamlıq Mərkəzi Vətən müharibəsi dövründə olduğu kimi, müharibədən sonrakı illərdə də şəhid ailələrinin və qazilərimizin yanında olmağı özünün mənəvi borcu hesab edir. Onlara göstərilən diqqət, qayğı və dəstək mərkəzimizin sosial məsuliyyət prinsiplərinin ayrılmaz hissəsidir.

 

Vətən uğrunda canından bütün şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla anılacaq.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!

 

ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib