STM-in həkimi Qırğız Respublikasının səhiyyə nazirinin ictimai əsaslarla fəaliyyət göstərən müşaviri təyin olunub
05.11.2026 09:25

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasının həkim-kardioloqu, Azərbaycan Pediatriya Assosiasiyasının İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Qırğız Respublikasının səhiyyə nazirinin ictimai əsaslarla fəaliyyət göstərən müşaviri təyin olunub.

 

Bu barədə Aztibb.az-a STM-dən bildirilib.

 

Bununla yanaşı, Elnur İmanov Qırğız Respublikasının Oş şəhərində yerləşən tibb universitetində və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda uşaq kardiologiyası üzrə müəllim vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, tanınmış invaziv uşaq kardioloqu Elnur İmanov 1992–2001-ci illərdə Türkiyənin İstanbul Universitetinin “Cerrahpaşa” Tibb fakültəsində təhsil alıb. 2004–2006-cı illərdə Azərbaycan Tibb Universitetində aspirantura təhsili alıb, eyni zamanda İstanbul Universitetinin Çapa Tibb fakültəsində uşaq xəstəlikləri üzrə ixtisaslaşıb. 2006–2009-cu illərdə isə İstanbulda Dr. Siyami Ersek Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasında uşaq kardiologiyası üzrə təhsilini davam etdirib.

 

O, ixtisaslaşmasını ABŞ-ın Çikaqo şəhərində yerləşən Rush Universitetində davam etdirib. 2009–2011-ci illərdə Mərkəzi Klinikada, 2011–2019-cu illərdə Akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində çalışıb. 2019-cu ildən Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının II Uşaq xəstəlikləri kafedrasında həkim-uşaq kardioloqu və müəllim kimi fəaliyyət göstərir.

 

Elnur İmanov ABŞ Pediatrik və Konjenital Kardiologiya Assosiasiyasının, Avropa Kardiologiya Cəmiyyətinin müəllim heyətinin, Türkiyə Pediatrik Kardiologiya Cəmiyyətinin və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür. Onun yerli və xarici elmi nəşrlərdə 60-dan çox elmi işi dərc olunub.

 

Bununla yanaşı, Elnur İmanov dünya miqyaslı ABBOTT təhsil şəbəkəsində proktor həkim statusu qazanan 12 mütəxəssisdən biridir. Bu status ona Asiya, Yaxın Şərq, Qafqaz və Şimali Afrika ölkələrində invaziv uşaq kardiologiyası üzrə təlimçi kimi fəaliyyət göstərmək imkanı verir.

 

Elnur İmanovu yeni təyinatları münasibətilə təbrik edir, beynəlxalq fəaliyyətində uğurlar arzulayırıq!

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub