Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı icra olunub
05.11.2026 09:49

Naxçıvan Muxtar Respublikasında döş qəfəsi cərrahiyyəsi sahəsində mühüm yeniliyə imza atılıb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası PHŞ-də ilk dəfə olaraq 16 yaşlı pasiyentdə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı uğurla həyata keçirilib.

 

Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, mövcud klinik vəziyyət və müayinələrin nəticələri əsasında pasiyentə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı icra olunub. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib. Bir həftəlik stasionar müşahidə və müalicədən sonra pasiyent qənaətbəxş vəziyyətdə evə yazılıb.

 

Qeyd edək ki, bu əməliyyatın Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası PHŞ-də ilk dəfə icra olunması regionda uşaq cərrahiyyəsi və döş qəfəsi cərrahiyyəsinin inkişafı baxımından mühüm hadisədir. Müasir minimal invaziv cərrahiyyə metodlarının tətbiqi pasiyentlərə daha effektiv müalicə imkanlarının yaradılması, cərrahi travmanın azaldılması və sağalma müddətinin qısaldılması istiqamətində əhəmiyyətli addımdır.

 

Naxçıvanda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, müasir tibbi texnologiyaların tətbiqi və mürəkkəb cərrahi müdaxilələrin yerli şəraitdə həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub