Cəbrayıl rayonunda qanvermə AKSİYASI
09.10.2026 16:47

Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsi tərəfindən Cəbrayıl rayonunda qanvermə aksiyası keçirilib.

 

Bu barədə Aztibb.az-a Cəbrayıl RMX-dan məlumat verilib.

 

Bildirilib ki, aksiyada rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülərək aksiyada iştirak etmələri ilə bağlı rəy verilib.

Respublika Qan Bankının “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən aksiyada məqsəd talassemiya, hemofiliya və digər ağır qan xəstəliklərindən əziyyət çəkən şəxslərin, eləcə də təcili cərrahi müdaxiləyə ehtiyacı olan xəstələrin sağlamlığının qorunmasına dəstək olmaq və onların həyatını xilas etməkdir.

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Şəfa görmək istəyən Naftalana gəlsin