Fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri təşkil olunub
08.11.2026 16:09
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə səhiyyə müəssisəsinin həkim və tibb heyəti, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları iştirak edib. Məqsəd müəssisədə baş verə biləcək yanğın və digər hadisələrinin qarşısının alınması üçün profilaktik işlərin görülməsi, səhiyyə işçilərinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.
 
Toplantıda tibb işçilərinə fövqəladə hallarda davranış qaydaları izah edilib, yanğın, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları, insanların təxliyyə edilməsi haqqında geniş məlumat verilib. Bildirilib ki, hansısa qəza nəticəsində insanların fiziki sağlamlıqlarının bərpasında, mülki müdafiənin təmin olunmasında tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Həkim himayəsində olan xəstələrin olduğu bir müəssisədə fövqəladə hallar zamanı davranış qaydalarının təkmilləşdirilməsi vacibdir.
 
Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşının Mərkəzin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və onlardan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatıb.
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
ETKİ-nin İnvaziv kardiologiya və elektrofiziologiya laboratoriyasının fəaliyyətə başlamasından bir il ötür
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb