Mərkəzi Gömrük Hospitalında "Klinik qidalanma" mövzusunda seminar keçirilib
05.11.2026 16:19
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında "Klinik qidalanma" mövzusunda seminar keçirilib.
Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
Bildirilib ki, seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d. İsmayıl Əfəndiyev cümə seminarlarının rezidentlərin peşəkar inkişafında, müasir tibbi biliklərin mənimsənilməsində və klinik təcrübənin təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, bu cür elmi tədbirlərin mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və aktual tibbi məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Seminarın məruzəçisi, Baku Nutrition Center-in direktoru, anestezioloq-reanimatoloq, klinik qidalanma üzrə mütəxəssis Dr. İlqar Kərimov “Qida çatışmazlığı və nutritiv-metabolik dəstək” mövzusunda təqdimatla çıxış edib.
Məruzə zamanı qida çatışmazlığının yaranma səbəbləri, onun xəstələrin ümumi vəziyyətinə və müalicə nəticələrinə təsiri, eləcə də nutritiv-metabolik dəstəyin klinik praktikada əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin xəstələrin qidalanma vəziyyətinin qiymətləndirilməsi, fərdi qidalanma ehtiyaclarının müəyyənləşdirilməsi və müasir klinik yanaşmalar əsasında nutritiv dəstəyin təşkili məsələlərinə toxunulub.
Təqdimat zamanı səsləndirilən elmi-praktik məlumatlar rezidentlərə klinik qidalanma və nutritiv-metabolik dəstək sahəsində müasir yanaşmalarla tanış olmaq imkanı yaradıb. Seminar rezidentlərin mövzu ilə bağlı suallarının cavablandırılması və klinik nümunələr ətrafında aparılan fikir mübadiləsi ilə yekunlaşıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən cümə seminarları rezidentlərin ixtisas hazırlığının dəstəklənməsi, müxtəlif tibbi sahələr üzrə biliklərinin genişləndirilməsi və nəzəri biliklərin klinik təcrübə ilə əlaqələndirilməsi məqsədi daşıyır
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalında "Klinik qidalanma" mövzusunda seminar keçirilib
05.11.2026 | 16:19
Üz-çənə cərrahı Ülviyyə Məmmədova Baku TV-yə müsahibə verib
05.11.2026 | 15:37
Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq aparılıb
05.11.2026 | 12:27
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
04.11.2026 | 16:44
Kliniki Tibbi Mərkəzin həkimi Real TV-yə müsahibə verib
04.11.2026 | 16:38
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
03.11.2026 | 15:37
Ebola virusu qurbanlarının sayı artıb
03.11.2026 | 12:56
Ötən ay 24 aptekin fəaliyyətində nöqsanlar aşkarlanıb
03.11.2026 | 09:58
Səhiyyə nazirinin müşaviri Elgün Səmədov vəzifəsindən ayrılıb
03.11.2026 | 08:57
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
02.11.2026 | 17:10
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
31.10.2026 | 16:27
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
31.10.2026 | 15:20
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
27.10.2026 | 14:29
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
29.10.2026 | 15:39
Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat
28.10.2026 | 16:34
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
31.10.2026 | 14:28
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
29.10.2026 | 16:15
Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar
29.10.2026 | 12:28
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
02.11.2026 | 13:49
Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib
29.10.2026 | 15:03
Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub
27.10.2026 | 15:48
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
30.10.2026 | 15:38
Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib
29.10.2026 | 10:44

