Yardımlıda Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
07.11.2026 12:50

Yardımlı şəhərinin Heydər Əliyev küçəsində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

 

Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanası ərazisində baş tutan aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a Yardımlı RMX-dan məlumat verilib.

 

Tədbirdən öncə aksiya iştirakçıları tərəfindən ağac əkiləcək ərazidə geniş təmizlik və abadlıq işləri aparılaraq, sahə əkin üçün hazır vəziyyətə gətirilib.

 

Təşkil edilən bu kütləvi aksiya zamanı ərazidə Eldar şamı, eləcə də qoz, fındıq və digər meyvə növləri daxil olmaqla, ümumilikdə 500-dən artıq müxtəlif növ ağac əkilib.

 

Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə rayonda ekoloji tarazlığın bərpasına və ətraf mühitin qorunmasına töhfə vermək, atmosferi oksigenlə zənginləşdirmək, həmçinin ictimaiyyətin diqqətini yaşıllıqların mühafizəsinə yönəltməkdir.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib