Azərbaycan Tibb Universitetinin (ATU) ATU Startap Data analitika və Süni İntellekt departamentinin təşkilatçılığı ilə həyata keçirilən “AI in Medicine Innovation” təlim proqramı çərçivəsində növbəti tədbir baş tutub.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, görüş klinik problemlərə innovativ yanaşma bacarıqlarının inkişafı, süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması və iştirakçıların tibbi innovasiyaların yaradılmasına təşviq edilməsi məqsədilə təşkil olunub.
Proqramın ikinci praktik məşğələsi “Klinik problemin süni intellekt həllinə çevrilməsi” mövzusuna həsr olunub.
Tədbir zamanı tibbdə mövcud klinik problemlərin təhlili, onların həllində süni intellekt texnologiyalarının tətbiq imkanları və innovativ yanaşmaların formalaşdırılması məsələlərinə diqqət yetirilib. Həmçinin klinik problemlərin süni intellekt əsaslı həll modellərinə çevrilməsi mərhələləri, ideyaların strukturlaşdırılması və onların real tibbi praktikada tətbiq perspektivləri müzakirə olunub.

