Gənclər arasında reproduktiv sağlamlıqla bağlı maarifləndirmə aparılıb  
08.11.2026 09:16
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı çərçivəsində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin iştirakı ilə tədbir təşkil olunub.
 
İSİM-dən Aztibb.az-a bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov çıxışında sağlam cəmiyyətin və güclü genofondun formalaşmasının məhz gənclərin fiziki və psixoloji baxımdan sağlam inkişafından asılı olduğunu bildirib. O, gənclərin erkən yaşlardan maarifləndirilməsinin və nikahdan öncə tibbi müayinədən keçməsinin ölkənin demoqrafik təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
 
İSİM-in həkim-metodisti Teymur Ağazadə “Kişilərin reproduktiv sağlamlığı” mövzusunda çıxış edərək yeniyetmə və gənclərə zərərli vərdişlərin orqanizmə təsiri, fərdi gigiyena qaydaları, cinsi yolla keçən infeksiyalar barədə ətraflı məlumat verib. O, tütün, spirtli içkilər və narkotik maddələrin reproduktiv sistemdə yarada biləcəyi fəsadları vurğulayaraq, gəncləri sağlam həyat tərzi seçməyə səsləyib.
 
Yekunda suallar cavablandırılıb və iştirakçılara reproduktiv sağlamlığın qorunmasına dair tövsiyələr verilib.
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub