Qarın boşluğunun ultrasəs müayinələrinin təhlilini sürətləndirə bilən yeni sistem hazırlanıb  
08.11.2026 14:05

Amerika Birləşmiş Ştatları alimləri qarın boşluğunun ultrasəs müayinələrinin nəticələrini daha sürətli və dəqiq təhlil etməyə imkan verən yeni süni intellekt sistemi ərsəyə gətiriblər. Bu texnologiya, xüsusilə təcili tibbi müdaxiləyə ehtiyacı olan xəstələrin vaxtında müəyyənləşdirilməsinə və müalicə prosesinin sürətləndirilməsinə kömək edə bilər.

 

Aztibb.az https://www.news-medical.net-ə istinadla xəbər verir ki, Kolorado Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan sistem ultrasəs görüntülərini laboratoriya analizlərindən əldə edilən klinik məlumatlarla birləşdirərək qiymətləndirir. Süni intellekt agenti qarın boşluğunun sağ yuxarı hissəsində yerləşən qaraciyər, öd kisəsi, sağ böyrək və mədəaltı vəzinin bir hissəsini görüntüləyən ultrasəs müayinələrinin nəticələrini təhlil edib.

 

“Nature Communications” jurnalında dərc olunan araşdırmada alimlər görmə-dil modeli (VLM) əsasında hazırlanmış sistemin 16 geniş yayılmış diaqnozu müəyyənləşdirmək, xəstənin vəziyyətini qiymətləndirmək və tibbi hesabatlar hazırlamaq imkanlarını sınaqdan keçiriblər.

 

Tədqiqat zamanı Stanford Universiteti, Kolorado Universiteti və Cons Hopkins Universitetindən əldə edilmiş təxminən 11 min ultrasəs müayinəsinin məlumatlarından istifadə olunub. Süni intellektin hazırladığı 100 hesabat isə dəqiqlik baxımından mütəxəssislər tərəfindən ayrıca yoxlanılıb. Nəticələrə görə, sistem ultrasəs müayinələrində müvafiq diaqnozları 99,6 faiz hallarda düzgün müəyyən edib. Bununla belə, hesabatlarda müəyyən səhvlərə də yol verilib. Tədqiqatçılar bildiriblər ki, bu səhvlər radioloqlar tərəfindən aşkar edilərək düzəldilə bilər.

 

Araşdırmanın müəllifi, Kolorado Universitetinin radiologiya kafedrasının dosenti Harrison Bai vurğulayıb ki, yeni texnologiyanın məqsədi həkimləri əvəz etmək deyil. Sistem radioloqların iş yükünü azaltmaq, onların müayinələrinin nəticələrini daha operativ qiymətləndirməsinə və hesabat hazırlamasına kömək etmək üçün nəzərdə tutulub.

 

Alimlər süni intellektlə həkim əməkdaşlığının diaqnostik dəqiqliyə, tibbi xidmətin səmərəliliyinə və xəstələrin sağlamlıq nəticələrinə təsirini real şəraitdə araşdırmağı planlaşdırırlar.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
ETKİ-nin İnvaziv kardiologiya və elektrofiziologiya laboratoriyasının fəaliyyətə başlamasından bir il ötür
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb