Səhiyyə sisteminin rəqəmsallaşması bölgələrdə də sürətlənir  
26.10.2026 16:28

Yardımlı Rayon İcra Hakimiyyəti və rayon Mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə vətəndaşlara rəqəmsal hökumət həllərinin təbliği və “mygov” platformasının üstünlükləri mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Miramil Səmədli dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya siyasəti vətəndaş-dövlət münasibətlərində şəffaflığın və əlçatanlığın təmin olunmasına xidmət edir və “mygov” platforması vətəndaşların vaxtına qənaət edərək müxtəlif dövlət xidmətlərinə vahid məkandan, rahat və operativ şəkildə çıxış əldə etmələrinə geniş imkanlar yaradır. 

 

Çıxış edən rayon Mərkəzi xəstəxanasının direktoru Ravil Qənbərov isə rəqəmsal həllərin səhiyyə sahəsindəki tətbiqindən danışıb. Qeyd edib ki, müasir dövrdə rəqəmsallaşma səhiyyə sisteminin və tibbi xidmətlərin də ayrılmaz hissəsinə çevrilib və “mygov” platforması vasitəsilə vətəndaşlar özlərinə və ailə üzvlərinə aid tibbi sənədlərə, xəstəlik vərəqələrinə və digər zəruri məlumatlara asanlıqla baxa bilirlər: “Bu həm səhiyyə işçilərinin işini asanlaşdırır, həm də pasiyentlərin məlumatlılıq səviyyəsini və xidmət keyfiyyətini yüksəldir”.

 

RİH-in böyük məsləhətçisi Kərəm Hüseynov yerlərdə maarifləndirmə işlərinin aparılmasının və ərazi nümayəndələrinin bu prosesdəki rolunun vacibliyini vurğulayıb: “Kəndlərdə yaşayan sakinlərin rəqəmsal xidmətlər barədə məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Yerlərdəki nümayəndəliklər və tibb işçiləri vətəndaşlarla gündəlik ünsiyyətdə olduqları üçün “mygov” tətbiqinin üstünlüklərini əhaliyə çatdırmaqda fəal olmalıdırlar. Əhalinin rəqəmsal savadlılığının artırılması onların gündəlik qayğılarını və dövlət qurumları ilə ünsiyyətini xeyli rahatlaşdıracaqdır”. Onun sözünə qüvvət verən rayon Mərkəzi xəstəxanasının şöbə müdiri Muxtar Eyvazov isə platformanın funksionallığı və texniki üstünlükləri barədə ətraflı məlumat verib: “Vətəndaşa aid məlumatların təhlükəsiz şəkildə toplanması və idarə olunması üçün “mygov” şəxsi kabineti ən rahat vasitədir. Platforma vasitəsi ilə müxtəlif dövlət qurumlarından arayışların real vaxt rejimində əldə edilməsi, sənədlərin etibarlılığının yoxlanılması və elektron xidmətlərdən faydalanmaq mümkündür. Məqsədimiz hər bir vətəndaşın bu imkanlardan maksimum dərəcədə rahat istifadə etməsini təmin etməkdir”.

 

Tədbirin sonunda iştirakçılara “mygov” mobil tətbiqindən istifadə qaydalarını, qeydiyyat prosesini və təqdim olunan rəqəmsal xidmətləri əyani şəkildə əks etdirən maarifləndirici videocarx nümayiş olunub. 

 

"Azərbaycan" qəzeti

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub