Şəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları təltif olunublar
23.10.2026 16:11

TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları xidməti ərazidə ağır yaralanan əcnəbi vətəndaşa ilkin tibbi yardım göstərilməsi və onun təxliyəsi zamanı nümayiş etdirdikləri yüksək peşəkarlıq, operativlik və məsuliyyətə görə Dövlət Sərhəd Xidməti tərəfindən fəxri fərmanlarla təltif olunublar.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, təltif olunan əməkdaşlar Şəki Təcili Tibbi Yardım Stansiyasının böyük həkimi Səfərov Teymur Ənvər oğlu, həkim Nəcəfi Eldar Nəcəf oğlu, böyük feldşer Bayramov Amid Tahir oğlu, tibb bacısı Qarazadə Gülnar Mahir qızı, sürücü Məmmədov Məmməd Umudvar oğlu və Qax Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Abbasov Fərid Vaqif oğludur.

 

TƏBİB olaraq, insan sağlamlığının qorunması və həyatının xilas edilməsi naminə fəaliyyət göstərən tibb işçilərimizin əməyini yüksək qiymətləndirir, onları əldə etdikləri nailiyyət münasibətilə təbrik edirik.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub