Qubada 800 ailə patronaj qayğısı ilə əhatə olunub
23.10.2026 14:14

Ana və uşaq sağlamlığının qorunması istiqamətində TƏBİB-in tətbiq etdiyi patronaj xidməti Quba rayonunda da uğurla davam etdirilir.

 

Quba RMX-dan Aztibb.az-a bildirilib ki, həyata keçirilən patronaj ziyarətləri çərçivəsində 800 ailə əhatə olunub. Ziyarətlər zamanı 163 hamilə, 84 zahı və 553 uşaq müayinədən keçib.

 

Patronaj ziyarətləri zamanı tibb bacıları uşaqların inkişafını qiymətləndirir, valideynlərə uşağa qulluq, qidalanma, xüsusilə ana südü ilə qidalanmanın üstünlükləri, uşaqla ünsiyyət və onun inkişafının dəstəklənməsi barədə məlumat və tövsiyələr veriblər.

 

Eyni zamanda, hamilənin və ya körpənin yaşadığı mühit də qiymətləndirilib. Hər hansı risk müəyyən edildikdə, onun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib və zərurət yarandıqda ailələr aidiyyəti üzrə yönləndiriliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır