Ağdaş RMX-da ilk dəfə Latarjet əməliyyatı icra olunub
26.10.2026 15:20

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə 33 yaşlı vətəndaşa Latarjet əməliyyatı icra olunub.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, əməliyyat həkim travmatoloq-ortoped İdris Əliyev və Cavid İsmayılov tərəfindən həyata keçirilib.

 

Latarjet əməliyyatı çiyin oynağının təkrarlanan çıxıqlarının müalicəsində tətbiq edilən cərrahi üsullardan biridir. Bu üsul çiyin oynağının sabitliyinin bərpasına və təkrarlanan çıxıq riskinin azaldılmasına yönəlib.

 

Əməliyyatdan sonra pasiyentin vəziyyəti stabildir və tibbi nəzarət altında saxlanılır.

 

Əməliyyatın xəstəxanada ilk dəfə icra olunması ixtisaslaşmış tibbi xidmətlərin inkişafı və tibbi yardım imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub