Şirvan Şəhər Mərkəzi Xəstəxanasında daha bir uğurlu cərrahi əməliyyat həyata keçirilib.
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinə müraciət edən pasiyentə dolixomeqakolon diaqnozu qoyulub. Zəruri müayinələr və tibbi qiymətləndirmələrdən sonra pasiyent üzərində yoğun bağırsağın rezeksiyası əməliyyatı icra olunub. Əməliyyat uğurla başa çatıb.
Əməliyyat direktorun cərrahi xidmətlər üzrə müavini, ümumi cərrah Nəsib Səhratovun rəhbərliyi ilə, assistent Vüqar Qəniyevin, anestezioloq-reanimatoloq Jalə Müslümovanın, əməliyyat tibb bacısı Natavan Əliyevanın və anestezioloq tibb bacısı Rəfiqə Məlikovanın iştirakı ilə həyata keçirilib.
Əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Müvafiq tibbi göstərişlər əsasında pasiyent ambulator müalicəsini davam etdirmək üçün evə buraxılıb.

