ATU-da birinci kurs tələbələri üçün məlumatlandırma sessiyası keçirilib
25.11.2020 14:57
Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən elan edilmiş "Sosial məlumatlandırma həftəsi" çərçivəsində universitetin 1-ci kurs tələbələri üçün onlayn formada geniş sessiya təşkil olunub.
 
Sessiyada universitetin 90 ildə keçdiyi yol, sosial ictimai həyatı, tələbələr üçün fəaliyyət göstərən ictimai, elmi və könüllü təşkilatlar haqqında geniş məlumat verilib.
 
Görüş zamanı ATU THİK-in sədri Elvin Kərimli bildirib ki, pandemiya ilə əlaqədar olaraq, 1-ci kurs tələbələri ilə bu dəfə onlayn formada təşkil olunan görüşün məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkil olunması ilə bağlı imkanlar təqdim etmək, bu istiqamətdə maariflənməni gücləndirməkdir.
 
Sessiyada ATU THİK-in sədr müavini Cavid Mustafazadə, komitə üzrə fakültə və klub sədrləri görülən işlər, mövcud vəziyyət və gələcək planlar haqqında məlumat veriblər. Həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, bir həftə ərzində hər gün müxtəlif fakültə tələbələri üçün bu kimi məlumatlandırma sessiyaları keçirilib. Tədbirlərdə 400-ə yaxın 1-ci kurs tələbəsi aktiv iştirak edib. Görüşlərdə iştirak edən tələbələri qoşulmaq istədikləri təşkilatlara yönləndiriblər. Həm də bəzi xüsusi istedadlı tələbələrin bacarıqlarını inkişaf etdirməsi üçün müvafiq qeydiyyat aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub