Azərbaycan Tibb Universitetində (ATU) “Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı: Qərb təcrübəsi və Azərbaycan üçün ideyalar” mövzusunda elmi seminar keçiriləcək.
Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
ATU-nun Elmi tədqiqatların idarə olunması departamentinin təşkilatçılığı ilə baş tutan seminarın məruzəçisi Belfast Kraliça Universitetinin (Birləşmiş Krallıq) informasiya texnologiyaları, rəqəmsal səhiyyə və süni intellekt üzrə professoru Vəhid Goruslu olacaq.
Seminarda Qərb ölkələrinin təcrübəsi əsasında tibbi məlumat registrlərinin yaradılması, səhiyyə informasiya sistemlərinin təkmilləşdirilməsi, rəqəmsal yetkinlik modellərinin tətbiqi, səhiyyədə sistem mühəndisliyi yanaşmaları və beynəlxalq elmi əməkdaşlıq imkanları müzakirə olunacaqdır.
Tədbirin əsas məqsədi rəqəmsal səhiyyə sahəsində beynəlxalq təcrübənin Azərbaycan səhiyyə sistemində tətbiqi imkanlarını dəyərləndirmək, universitetlər və səhiyyə müəssisələri arasında elmi və praktiki əməkdaşlığın inkişafına töhfə verməkdir.
Tarix: 11 dekabr 2026-cı il
Saat: 10:00
Məkan: Azərbaycan Tibb Universiteti, 4-cü tədris binası
Universitetin professor-müəllim heyəti, tədqiqatçı, doktorant, rezident və mövzuya maraq göstərən bütün mütəxəssislər seminara dəvət olunurlar.

