ATU-da “Tibbi datanın növləri və mənbələri, güclü və zəif tərəfləri, məlumat bazalarının inteqrasiyası” mövzusunda vebinar  
24.11.2026 14:25
Azərbaycan Tibb Universitetinin Elmi tədqiqatların idarə olunması departamenti və Dünya Azərbaycanlı Alimlər Dərnəyinin (DAAD) birgə təşkilatçılığı ilə keçirilən “Tibbi datanın istifadəsi” mövzusunda 9 vebinardan ibarət təlim proqramı davam edir.
 
ATU-dan Aztibb.az-a verilən məlumata görə, təlim proqramının məqsədi iştirakçıları tibbi məlumatların elmi tədqiqatlarda istifadəsi, rəqəmsal səhiyyə, epidemioloji tədqiqatlar və süni intellektin tibbdə tətbiqi ilə tanış etmək, həmçinin bu istiqamətdə praktiki bacarıqların inkişafına dəstək göstərməkdir.
 
“Tibbi datanın növləri və mənbələri, güclü və zəif tərəfləri, məlumat bazalarının inteqrasiyası” adlı vebinarda tibbi məlumatların müxtəlif növləri və mənbələri, onların üstünlükləri və məhdudiyyətləri, eləcə də məlumat bazalarının inteqrasiyası və elmi tədqiqatlarda istifadəsi imkanları müzakirə olunacaq.
 
Məruzəçilər:
Dr. Abraham Alvandi — rəqəmsal səhiyyə texnologiyaları üzrə mütəxəssis, klinik keyfiyyət reyestrinin inkişafı üzrə rəhbər, Avstraliya Təcili Tibbi Yardım Kolleci (ACEM); La Trobe və Deakin universitetlərinin akademik əməkdaşı (Avstraliya).
Dr. Reyhan Həsənova, MD, PhD — tibbi data layihələri meneceri, (Oracle, Fransa).
 
Tarix: 30 noyabr 2026-cı il
Saat: 14:00–14:45 (Bakı vaxtı)
Format: Onlayn (Zoom)
 
Müddət: 45 dəqiqə
 
Vebinara qoşulmaq üçün link: https://us06web.zoom.us/j/87353184882...
 
ATU-nun akademik heyəti, doktorantlar, rezidentlər, magistrantlar və tibbi tədqiqatlara maraq göstərən bütün şəxslər vebinarda iştirak etməyə dəvət olunurlar.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
Dəri altında yaranan şişlik dermoid kista ola bilər